Türkmənistanda parlament seçkiləri başa çatıb

Türkmənistanda parlament seçkiləri başa çatıb Bazar günü saat 19:00-da (Bakı vaxtı ilə 18:00-da) Türkmənistanda 7-ci çağırış Məclisin (parlament) deputatları, habelə vilayət, rayon, şəhər və yerli özünüidarəetmənin xalq şuralarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.
Region
26 Mart , 2023 18:22
Türkmənistanda parlament seçkiləri başa çatıb

Bazar günü saat 19:00-da (Bakı vaxtı ilə 18:00-da) Türkmənistanda 7-ci çağırış Məclisin (parlament) deputatları, habelə vilayət, rayon, şəhər və yerli özünüidarəetmənin xalq şuralarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

“Report”un məlumatına görə, ümumilikdə respublika üzrə 2 602 seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 06:00) saat 19:00-dək (Bakı vaxtı ilə 18:00) fəaliyyət göstərib.

Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

Son xəbərlər

Orphus sistemi