Türkiyədə terrorçuluqda şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyədə terrorçuluqda şübhəli bilinən 51 nəfər saxlanılıb Diyarbəkirdə 21, Adanada 30 şübhəli saxlanılıb
Region
13 Fevral , 2021 10:43
Türkiyədə terrorçuluqda şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyənin İstanbul, Diyarbəkir və Adana bölgələrində terrorçu PKK-ya qarşı fevralın 13-ü səhər saatlarında keçirilən antiterror əməliyyatı nəticəsində 51 şübhəli saxlanılıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul, Diyarbəkir və Adananın yerli polis idarələrinin terrorçuluğa qarşı mübarizə şöbələri keçirib.

Bildirilib ki, eyni zamanda keçirilən əməliyyat nəticəsində Diyarbəkirdə 21, Adanada 30 şübhəli saxlanılıb. Onların qaldıqları mənzillərdə aparılan axtarış nəticəsində terrorçu PKK-ya aid materiallar və “Molotov kokteyli” aşkarlanaraq götürülüb. Saxlanılanlar bu terrorçu qruplaşmanın başçısı Abdullah Öclanın həsb edildiyi gün küçələrdə yürüş keçirməyi planlaşdırırlarmış.

Son xəbərlər

Orphus sistemi