Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir

Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir Türk Şurasının baş katibi İƏT-nin daimi müşahidəçisi ilə görüşüb
Region
19 Sentyabr , 2017 15:59
Türk Şurası İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi statusu almaq fikrindədir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türk Şurasının baş katibi Ramil Həsənov BMT nəzdində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) daimi müşahidəçisi Aqşin Mehdiyevlə görüşüb.

"Report"un Türk Şurasının Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər iki struktur arasında mövcud əməkdaşlıq səviyyəsini müzakirə ediblər.

Görüşdə R.Həsənov Türk Şurasının fəaliyyətinə dair məlumatı verib və İƏT ilə münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

O, qeyd edib ki, İƏT-də müşahidəçi statusunu almaq üçün Şura gələcəkdə də daha böyük səylər göstərəcək.

Görüş zamanı A.Mehdiyev təşkilatlar tərəfindən gələcəkdə həyata keçirilə biləcək birgə layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi