Türkiyə Radio Televiziya Qurumunun (Türkiyənin İctimai Televiziyası - TRT) yaradılmasının 57-ci ildönümüdür.
“Report” xəbər verir ki, Türkiyədə ilk radio 1927-ci l mayın 6-da yayımlanmağa başlayıb.
1980-ci ildə TRT-nin yenidən təşkil olunaraq radio verilişləri departamenti formalaşıb. 1980-2000-ci illərdə TRT kanalları ilk dəfə stereo yayıma keçib.
2001-ci il yanvarın 31-dən TRT yenilənmiş loqotip və yayım sistemi ilə işləməyə başlayıb.
Hazırda TRT 10 müxtəlif televiziya kanalı ilə 24 saat yayımlanır. Radio yayımı 15 radio kanalı vasitəsilə həyata keçirilir və 31 dildə bütün dünyaya yayılır.
TRT Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziyadır. TRT-də orta hesabla gündəlik 11 saat xəbər və xəbər proqramları yayımlanır. Bundan başqa kanal istehsal etdiyi teleseriallar, bədii və sənədli filmləri ilə dünyada bu sahədə ixtisaslaşmış ən məşhur televiziya kanalları arasında yer alır.