Trampın ticarət müharibələri dünya biznesinə 34 milyard dollardan çox ziyan vurub

Region
  • 30 may, 2025
  • 11:24
Trampın ticarət müharibələri dünya biznesinə 34 milyard dollardan çox ziyan vurub

ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibələri xərclərin artması və satışların azalması səbəbindən dünya şirkətlərinə 34 milyard dollardan çox ziyan vurub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi apardığı hesablamalara əsasən bildirib.

Məlumata görə, gələcəkdə itkilər daha da artacaq, çünki Trampın tətbiq etdiyi idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik dünyanın ən böyük korporasiyalarında qərar qəbuletmə prosesini iflic edib.

Agentlik qeyd edib ki, 42 korporasiya mənfəət proqnozlarını azaldıb, daha 16 korporasiya, o cümlədən “Apple”, “Ford”, “Porshe” və “Sony” isə öz proqnozlarını geri götürüb və ya onların dərc olunmasını təxirə salıb. Bir çox şirkət Trampın qeyri-sabit ticarət siyasətinin xərclərin dəqiq qiymətləndirilməsini qeyri-mümkün etdiyini bildirib.