Tokayev: "Transxəzər marşrutu prioritet istiqamətdir"

Tokayev: "Transxəzər marşrutu prioritet istiqamətdir" “Transxəzər marşrutu prioritet istiqamətdir”.
Region
7 İyul , 2022 14:13
Tokayev: Transxəzər marşrutu prioritet istiqamətdir
Kasım-Jomart Tokayev

“Transxəzər marşrutu prioritet istiqamətdir”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nəqliyyat-tranzit potensialın inkişafı ilə bağlı müşavirədə deyib.

O, neft və təbii qaz tədarükünün şaxələnməsi ilə bağlı “Kazmunayqaz” şirkəti qarşısında tapşırıq qoyaraq bildirib: “Transxəzər marşrutu prioritet istiqamətdir. “KAzMunayQaz”a bunun reallaşması üün optimal variant hazırlamağı, "Tenzgiz" layihəsi investorlarının imkanlarının da cəlb edilməsinı tapşırıram. Hökumət “Samruk-Kazın”la birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərinin gücünü artırmaq üzrə tədbirlər görməlidir”.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini əhatə edir. Transxəzər qaz kəməri isə təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi