Tokayev: "Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq"

Tokayev: "Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq" Dünyada qeyri-sabit geopoltika fonunda suverenliyi və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq.
Region
6 May , 2022 12:26
Tokayev: Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq

"Qeyri-sabit geosiyasət, yeni təhlükə və çağırışlar şəraitində biz milli maraqlarımızı, suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq".

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət mükafatları, ali hərbi və xüsusi, eləcə də məmur rütbələrinin təltifi mərasimində bildirib.

“Ona görə də müdafiə potensialımızı gücləndirmək bizim həmişə vacib prioritetimiz olacaq”, - Kasım-Jomart Tokayev vurğulayıb.

Onun sözlərinə görə, müasir və yaxşı silahlanmış ordu Qazaxıstan dövlətinin etibarlı dayağıdır.

Son xəbərlər

Orphus sistemi