Tokayev: Qazaxıstan Xalqları Assambleyasının fəaliyyətinin yeni konsepsiyasını hazırlamaq lazımdır

Tokayev: Qazaxıstan Xalqları Assambleyasının fəaliyyətinin yeni konsepsiyasını hazırlamaq lazımdır Qazaxıstan Xalqları Assambleyasının (QXA) 2026-2030-cu illər üçün fəaliyyət prioritetlərini müəyyən edəcək yeni sənədin hazırlanması zəruridir.
Region
24 aprel 2025 11:24
Tokayev: Qazaxıstan Xalqları Assambleyasının fəaliyyətinin yeni konsepsiyasını hazırlamaq lazımdır

Qazaxıstan Xalqları Assambleyasının (QXA) 2026-2030-cu illər üçün fəaliyyət prioritetlərini müəyyən edəcək yeni sənədin hazırlanması zəruridir.

“Report”un Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında bildirib.

Onun sözlərinə görə, konsepsiya layihəsində cəmiyyətin möhkəmlənməsi, harmonik inkişafın təmin edilməsi və Qazaxıstanın bütün etnoslarının hüquqlarının qorunması ilə bağlı yeni prinsip və yanaşmalar öz əksini tapmalıdır.

"Hökumət etniklərarası sahədə bütün respublika və regional iş planlarını ətraflı təhlil etməli və onların səmərəliliyinin artırılması üçün təkliflər verməlidir. Ümumiyyətlə, millətin birliyinin möhkəmləndirilməsi üçün bütün dövlət və ictimai mexanizmlərin təkmilləşdirilməsini davam etdirmək lazımdır", - o qeyd edib.

K.Tokayev QXA-nın işini və regional mövcudluğunu iştirakını tapşırıb.

"Türküstanda yeni Dostluq Evi açılıb, oxşarı Almatı vilayətində də yaradılacaq. Etnik müxtəlifliyi olan rayonlarda belə mərkəzlərin şəbəkəsinin genişləndirilməsi planlaşdırılır", - o bildirib.

Qazaxıstan Prezidenti Dostluq Evlərinin turizm marşrutlarına daxil edilməsinin və "Елдесу және татуласу " layihəsinin bütün ölkə üzrə genişləndirilməsinin vacibliyini vurğulayıb.

Orphus sistemi