Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq Qazaxıstan ölkədə etnik qruplar arasında həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə alacaq.
Region
24 aprel 2025 12:10
Tokayev: Qazaxıstan ölkədə sülh və həmrəyliyə qarşı yönəlmiş hər hansı təxribatın qarşısını sərt şəkildə alacaq

Qazaxıstan ölkədə etnik qruplar arasında həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə alacaq.

“Report”un Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında bəyan edib.

K.Tokayev qeyd edib ki, bəzi "insan hüquqları təşkilatları, bloggerlər və jurnalistlər özlərini söz azadlığının müdafiəçiləri" kimi təqdim edərək, ölkədəki hər şeydə mənfi siyasi motivlər axtarmağa çalışırlar, əslində təxribatlar törədirlər.

"Qanun qarşısında hamı bərabərdir. Buna görə də biz ölkəmizdə etniklərarası həmrəyliyi və sülhü pozmağa yönəlmiş hər hansı təxribat və böhtanların qarşısını sərt şəkildə almağa davam edəcəyik", - o bildirib.

Son xəbərlər

Orphus sistemi