Tokayev Qazaxıstanın əsas prioritetini açıqlayıb

Tokayev Qazaxıstanın əsas prioritetini açıqlayıb “Çin ilə ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmaq Qazaxıstan üçün əsas prioritetdir”.
Region
27 Noyabr , 2023 17:47
Tokayev Qazaxıstanın əsas prioritetini açıqlayıb
Kasım-Jomart Tokayev

“Çinlə ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmaq Qazaxıstan üçün əsas prioritetdir”.

“Report” Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan ilə görüşündə deyib.

“Biz Çini çox mühüm strateji tərəfdaş hesab edirik və bütün sahələrdə əməkdaşlığımızın konkret nəticələrinə ümidlər bəsləyirik”, - Tokayev vurğulayıb.

Görüşdə Qazaxıstan-Çin strateji tərəfdaşlığının vəziyyəti və inkişaf perspektivləri, iki ölkə hökumətləri tərəfindən sazişlərin icrasının gedişi müzakirə olunub.

O, həmçinin qeyd edib ki, Qazaxıstan-Çin Əməkdaşlıq Komitəsinin bu gün Astanada keçirilən 11-ci iclası ticari-iqtisadi sahədə birgə fəaliyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi