Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək “Cənubi Qafqaz ölkələri arasında faydalı üçtərəfli əməkdaşlıq üçün maraqlı istiqamətlər var”.
Region
29 Yanvar , 2021 21:31
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Toivo Klaar

“Cənubi Qafqaz ölkələri arasında faydalı üçtərəfli əməkdaşlıq üçün maraqlı istiqamətlər var”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstanın “Sərhədyanı zona” təşkilatının “Cənubi Qafqaz: yeni çağırışlar və yeni imkanlar” mövzusunda keçirdiyi onlayn konfransda deyib.

Onun sözlərinə görə, Aİ bu cür əməkdaşlığın təşviqinə yönələn addımları dəstəkləməyə hazırdır: “Əməkdaşlıq imkanları olsa da, onların reallaşdırılması zaman, hər üç ölkə rəhbərliyinin müdriklik və təmkinliyini tələb edir. Avropa İttifaqı atəşkəsin əldə olunması sazişindən Cənubi Qafqazda yeni sülh perspektivlərinə keçmək üçün bütün tərəfdaşları ilə iş aparmağa hazırdır”.

Xüsusi nümayəndə deyib ki, bölgədə müharibə ritorikasından sülh ritorikasına keçmək lazımdır: “Bu, vaxt tələb edəcək, lakin Avropa İttifaqı yaranmış çətin vəziyyətdə bütün imkanlardan istifadə olunması üçün Cənubi Qafqazdakı tərəfdaşlarının yanındadır”.

T.Klaar Aİ-nin müharibədən sonra həm Azərbaycan, həm də Ermənistana humanitar yardım göstərdiyini qeyd edib: “Daha çox kömək etməyə hazırıq. Bakı və Yerevandakı nümayəndələrimiz ittifaqın daha nə ilə və necə kömək edə bilməsi ilə bağlı hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparırlar. Mən gələcək fəaliyyətimizi müzakirə etmək üçün yaxın zamanlarda Bakı və Yerevana səfər edəcəyəm”.

Son xəbərlər

Orphus sistemi