Türkiyədə iki həftədə 23 terrorçu zərərsizləşdirilib

Region
  • 12 yanvar, 2019
  • 16:35
Türkiyədə iki həftədə 23 terrorçu zərərsizləşdirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Silahlı Qüvvələri ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək 23 terrorçunu zərərsizləşdirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib. Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

Son xəbərlər

Bütün Xəbər Lenti