Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb Hücum edilən əraziyə Türkiyə hərbçiləri raket atəşi cavab veriblər
Region
26 Aprel , 2017 17:57
Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb
Ulusalkanal.com.tr

Bakı. 26 aprel. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD Türkiyənin Hatay bölgəsindəki 2 polis şöbəsinin binasına raket atıb.

“Report” "Ulusalkanal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, terrorçu PYD silahlıları Suriyanın Afrin bölgəsindən və Bəşşar Əsədə bağlı silahlılar isə ölkənin başqa ərazisindən Türkiyənin sərhəddə yerləşən Hatay əyalətinin iki polis bölməsinə havadan iki ayrı hücum edib.

Hücum nəticəsində itki və dağıntı olmayıb. Türkiyə hərbçiləri hücuma raket atəşləri ilə cavab veriblər. 

Qeyd edək ki, Hatay bölgəsi Suriya sərhəddə yerləşir. 

Son xəbərlər

Orphus sistemi