PKK terrorçularının basqını nəticəsində neft ixracı 6,5 faiz azalıb

PKK terrorçularının basqını nəticəsində neft ixracı 6,5 faiz azalıb Bu hücumlar İraqın şimalındakı kürd bölgəsinə 250 milyon dollar həcmində ziyan vurub
Region
10 Avqust , 2015 17:14
PKK terrorçularının basqını nəticəsində neft ixracı 6,5 faiz azalıb

Bakı. 10 avqust . REPORT.AZ/ Terrorçu PKK-nın Kərkük-Yumurtalıq neft kəmərinə basqını nəticəsində bu ilin iyulunda İraqdan Türkiyəyə "qara qızıl" ixracı iyun ayı ilə müqayisədə 6,5 faiz azalıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı muxtar bölgənin Təbii Sərvətlər Nazirliyinin yazılı açıqlamasında bildirilib.

Məlumata görə, iyulda İraqdan Ceyhandakı depo mərkəzinə 16 milyon barel neft ixrac edilib. İyulda İraqın şimalından 12 milyon barel, Kərkükdən isə 4 milyon barel neft ixrac olunub.

Terrorçu PKK-nın basqını nəticəsində 111 saat "qara qızıl" ixrac edilməyib.

Kərkük-Yumurtalıq boru xətti ilə gündəlik 571 min barel olmaqla iyunda 17 milyon 130 min barel neft ixrac olunub.

Bu hücumlar nəticəsində İraqın şimalındakı kürd bölgəsinə 250 milyon dollar həcmində zərər dəyib.

Qeyd edək ki, terrorçular ötən ay Türkiyənin Şırnak bölgəsinin Cizre rayonunda neft kəmərini partlatmışdı.

Son xəbərlər

Orphus sistemi