Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa verilib

Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa verilib Biznesmen iki nəfərin qətlində şübhəli bilinir
Region
11 Noyabr , 2017 13:28
Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa verilib
РИА Новости / Саид Царнаев

Bakı. 11 noyabr. REPORT.AZ/ Moskvanın Basman rayon Məhkəməsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində həbs qətimkan tədbiri seçib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu onun vəkili Marina Rusakova deyib.

Vəkil bildirib ki, T.İsmayılov iki nəfərin qətlində şübhəli bilinir və həbs qətimkan tədbiri həmin cinayət iş üzrə qəbul edilib: "Onun özü prosesdə iştirak etməyib və həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb". 

M.Rusakovanın sözlərinə görə, hüquqlarını müdafiə etdiyi biznesmen həmçinin qanunsuz silah dövriyyəsində də ittiham olunaraq beynəlxalq axtarışa verilib: "Biz qərardan apellyasiya şikayəti vermişik. Noyabrın 15-də Moskva Şəhər Məhkəməsi şikayətimizə baxacaq". 

Son xəbərlər

Orphus sistemi