Tehranda terror törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub

Tehranda terror törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub Terrorçular Məhərrəm ayında İranda 300 terror aksiyası törətmək niyyətində olublar
Region
13 Sentyabr , 2017 14:12
Tehranda terror törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub

Bakı. 13 sentyabr. REPORT.AZ/ İranın paytaxtı Tehranda silsilə terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən şəxs tutulub.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasının tağım komandiri, polkovnik Amin Yaamini bildirib. 

O, terrorçu İŞİD qruplaşması ilə əlaqədə olmaqda da şübhəli bilinir. Şübhəli şəxs Tehran əyalətinin Əndişə şəhərində tutulub.

A.Yaamini deyib ki, terrorçular Məhərrəm ayında İranda 300 terror aksiyası törətmək niyyətində olublar.

Qeyd edək ki, Əndişə İranın yeni şəhərlərindəndir. O, paytaxt Tehrandan 30 km aralı, Şəhriyar şəhərindən 3 km şimal-qərbdə və Kərəcdən 7 km cənub-şərqdə yerləşir. 

Son xəbərlər

Orphus sistemi