Tehranda keçiriləcək Üçüncü Xəzər İqtisadi Forumun tarixi açıqlanıb
Region
- 13 fevral, 2025
- 09:12
İranın paytaxtı Tehranda fevralın 17-18-də Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək.
“Report” “Eghtesad News”a istinadən xəbər verir ki, bu barədə İranın Ticarət İnkişafı Təşkilatının Mərkəzi Asiya İdarəsinin baş direktoru Əkbər Qudari bildirib.
Onun sözlərinə görə, toplantı Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın baş nazirləri, eləcə də nazirlərin iştirakı ilə keçiriləcək.
Ə.Qudari forumda iqtisadi, ticarət, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad ticarət zonalara investisiya qoyuluşunun artırılması, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri, son vəziyyətlə tanışlıq məsələlərinin müzakirə ediləcəyini vurğulayıb.
İdarə rəhbəri qeyd edib ki, forumda yekun bəyanat imzalanacaq.
Son xəbərlər
18:32
SEPAH ABŞ banklarının Yaxın Şərqdəki filiallarına hücum edib
Region18:16
Foto
Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub
Ekologiya18:00
Foto
XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb - YENİLƏNİB
Xarici siyasət17:58
Tramp ABŞ-nin beş yanacaqdolduran təyyarəsinin zədələndiyini təkzib edib
Digər ölkələr17:55
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Hadisə17:51
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 18 %-dən çox artırıb
Biznes17:39
İran Xarq adasına hücuma cavab olaraq BƏƏ limanlarına zərbələr endirməyə hazırlaşır
Region17:35
Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb
Digər ölkələr17:27