İranın 23 əyalətində cümə namazı ləğv edildi

İranın 23 əyalətində cümə namazı ləğv edildi Çindən sonra koronavirusun tüğyan etdiyi İranda kütləvi tədbirlər təxirə salınır.
Region
526
27 Fevral , 2020 18:53
İranın 23 əyalətində cümə namazı ləğv edildi

Çindən sonra koronavirusun tüğyan etdiyi İranda kütləvi tədbirlər təxirə salınır. 

"Report" NTV-yə istinadən xəbər verir ki, ölkənin paytaxtı Tehran şəhərində, eyni zamanda 23 əyalətdə koronavirusa görə sabah qılınması planlaşdırılan cümə namazı ləğv edilib. 

Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub. 

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçivitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Son xəbərlər

Orphus sistemi