İranın Tehran əyalətindəki Pərənd, İslamşəhr, Bəharestan, Rudəhən və Dəmavənd şəhərlərində internet və mobil rabitə əlaqəsi kəsilib.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran əyaləti administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə baş məsul şəxsi Qurban Əli Qumi bildirib.
Onun sözlərinə görə, telekommunikasiya sistemində baş verən yanğın nəticəsində ətraf bir neçə şəhərdə internet və mobil rabitə əlaqəsində fasilə yaranıb: “Bu gün (martın 16-da - red.) problemi tamamilə həll etməyə çalışacağıq”.
Bildirilib ki, "Irancell” və “Hamrah-e-Awal” martın 15-də günorta saatlarından etibarən paytaxt Tehranın ətrafındakı bir sıra şəhərdə xətlərdə nasazlıq yarandığına dair açıqlama yayıb. Amma problem indiyədək həll olunmayıb.