Tehran Danimarkanın İranın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə bəyanatını rədd edib

Tehran Danimarkanın İranın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə bəyanatını rədd edib Bakı. 31 oktyabr. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi bu ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin Danimarka ərazisində qeyri-qanuni fəaliyyəti barədə rəsmi Kopenhagenin ittihamlarını rədd edib.
Region
31 Oktyabr , 2018 03:05
Tehran Danimarkanın İranın xüsusi xidmət orqanlarının fəaliyyəti barədə bəyanatını rədd edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi bu ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin Danimarka ərazisində qeyri-qanuni fəaliyyəti barədə rəsmi Kopenhagenin ittihamlarını rədd edib.

"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi İranın xarici siyasət idarəsinin nümayəndəsi Bəhram Qasimiyə istinadən məlumat yayıb.

"Belə bəyanatlar müasir ciddi və xüsusi şərtlərlə möhkəm, daim inkişaf edən İran-Avropa münasibətlərinə qarşı planlara və sui-qəsdlərə uyğundur", - deyə o bildirib.

Daha əvvəl İranın Danimarkadakı səfiri krallıq ərazisində kəşfiyyat fəaliyyətinin mümkünlüyü ətrafında vəziyyəti müzakirə etmək üçün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Danimarkanın xarici işlər naziri Anders Samuelsen isə bildirib ki, rəsmi Kopenhagen Tehrandakı səfirini İranın xüsusi xidmət orqanlarının hərəkətlərinə görə geri çağırır.

Son xəbərlər

Orphus sistemi