TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib

TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan ilə iqtisadi, ticarət və nəqliyyat sahələrini müzakirə edib.
Region
18 Aprel , 2024 02:02
TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan ilə iqtisadi, ticarət və nəqliyyat sahələrini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

“Görüş zamanı Baş katib Ömuralıyev və səfir Annan TDT çərçivəsində xüsusilə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində həyata keçirilən tədbirləri müzakirə ediblər. Tərəflər həmçinin regionda və qlobal miqyasda baş verən son siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”, – mətbuat xidmətinin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, görüş İstanbuldakı Katiblik binasında baş tutub.

Son xəbərlər

Orphus sistemi