TBMM sədri: “Türkiyə Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını almağa çalışır”

Region
  • 07 noyabr, 2023
  • 11:00
TBMM sədri: “Türkiyə Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını almağa çalışır”
Numan Kurtulmuş

“Türkiyə Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını almağa çalışır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ordu şəhərində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Ankara bunun üçün səylərini davam etdirir: “Qətiyyətimizi, mübarizəmizi davam etdirəcəyik. Ümid edirik ki, nəticəsi olacaq”.

N.Kurtulmuş bildirib ki, Yaxın Şərqdə ən qısa zamanda atəşkəsə ehtiyac var.

44 filmi