ABŞ Rusiya ilə Ukrayna arasında sülh istəmir.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Hacattepe Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni beynəlxalq təhlükəsizlik sisteminə ehtiyac var: "Bu gün dünyanın müxtəlif regionlarında baş verən hadisələr bunu aydın göstərir. Texnikanın inkişafı beynəlxalq təhlükəsizlik sisteminə də təsir edib. Dünyada etimad mühitinin, sabitliyin formalaşmasına ehtiyac var. Bundan sonra isə təhlükəsizlik barədə düşünmək lazımdır”.
N.Kurtulmuş həmçinin bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik yolla həllində maraqlıdır: “Əslində vaxtilə hər iki tərəf sülhə çox yaxın idi. Amma Qərb və ABŞ bunu istəmədiyinə görə, tərəflər arasında sülh əldə edilmədi. Həmçinin Yaxın Şərqdə müharibənin davam etməsinin əsas səbəbi də bəzi güclərin bunda maraqlı olmasıdır”.