Tbilisinin vitse-merinin ailəsi intihar versiyasını istisna edir

Tbilisinin vitse-merinin ailəsi intihar versiyasını istisna edir Ötən gün meyiti tapılmış Tbilisi merinin müavini İlya Eloşvilinin ailəsi onun intihar etməsi versiyasını qətiyyətlə istisna edir.
Region
2 İyun , 2022 17:53
Tbilisinin vitse-merinin ailəsi intihar versiyasını istisna edir
İlya Eloşvili

Ötən gün meyiti tapılmış Tbilisi merinin müavini İlya Eloşvilinin ailəsi onun intihar etməsi versiyasını qətiyyətlə istisna edir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə mərhumun yaxınlarının yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, İ.Eloşvilinin dərin depressiyada olmasını sübut edən heç bir əlamət olmayıb. Ailəsi vitse-merin mayın 31-də müalicə və reabilitasiyadan sonra iş yerində vəfat etdiyini iddia edir.

"Faciədən bir neçə saat sonra yüksək vəzifəli polis əməkdaşının intihar barədə bəyanatını yolverilməz hesab edirik. Hamını istintaq başa çatmayana və ekspertiza rəyinə qədər sui-qəsd versiyasını səsləndirməkdən çəkinməyə çağırırıq", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi