Tbilisinin Poniçala qəsəbəsində və regionlarda həyata keçirilmiş xüsusi əməliyyat zamanı 22 nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərin 17-si külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar.
İstintaqla onların sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Bu cinayətə görə 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında azərbaycanlıların sıx yaşadıqları Poniçala (Soğanlıq) qəsəbəsində genişmiqyaslı xüsusi əməliyyat keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, nəticədə 10 nəfərdən çox şəxs saxlanılıb.
Onlar nakrotiklərlə bağlı cinayətlərdə ittiham olunurlar.
Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatla bağlı məlumat yayacağı gözlənilir.