Tbilisidən Azərbaycan sərhədinədək avtomobil yolunda hərəkət sürətinə nəzarət gücləndirilib

Tbilisidən Azərbaycan sərhədinədək avtomobil yolunda hərəkət sürətinə nəzarət gücləndirilib Gürcüstanda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Tbilisi, Kvemo Kartli bölgəsi və Rustavi şəhərində avtomobillərin sürətinə nəzarətin həyata keçiriləcəyi 6 yeni bölmə istifadəyə verilib.
Region
487
8 İyun , 2020 15:54
Tbilisidən Azərbaycan sərhədinədək avtomobil yolunda hərəkət sürətinə nəzarət gücləndirilib

Gürcüstanda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Tbilisi, Kvemo Kartli bölgəsi və Rustavi şəhərində avtomobillərin sürətinə nəzarətin həyata keçiriləcəyi 6 yeni bölmə istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Bölmələrdən dördü Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yaradılıb. Yolun bir hissəsində icazə verilən sürət həddi saatda 40, digər hissəsində isə 70 kilometr təşkil edir.

Orphus sistemi