Tbilisidə xəsarət alanların sayı 8-ə çatdı - YENİLƏNİB

Tbilisidə xəsarət alanların sayı 8-ə çatdı - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə ağır yol qəzası baş verib.
Region
12 İyun , 2021 16:54
Tbilisidə xəsarət alanların sayı 8-ə çatdı - YENİLƏNİB

Tbilisidə yük maşınının törətdiyi ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Hadisə ilə bağlı yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq başlanılıb.

16.21

Gürcüstanın paytaxtı Tbilisidə ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Krtsanisi küçəsi ilə hərəkət edən yük avtomobilinin sürücüsü idarəetməni itirərək bir neçə maşınla toqquşub.

Yük maşını daha sonra yol kənarında yerləşən xəstəxananın həyətinə aşıb. Əraziyə çox sayda xilasedici, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi