Tbilisidə yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində məcburi köçkünlərin yaşadıqları binada yanğın olub
Region
128
18 May , 2021 09:10
Tbilisidə yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə Pekin küçəsində məcburi köçkünlərin yaşadıqları yataqxanasında baş verən yanğın söndürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Bildirilib ki, V mərtəbədə baş verən yanğın digər mərtəbələrə yayılıb. Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik baxımından sakinləri təxliyə ediblər.

Yerli mətbuatın yazdığına görə, yanğın zamanı bir qadın özünü V mərtəbədən ataraq ciddi xəsarətlər alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

08:40

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində məcburi köçkünlərin yaşadıqları binada yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarında qeydə alınan alovun söndürülməsinə 14 yanğınsöndürən maşın cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın artıq lokallaşdırılıb. Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının səbəbi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi