Tbilisidə yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Region
  • 12 iyul, 2022
  • 11:37
Tbilisidə yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Tbilisidə Tamar Mepe küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, sakinlər təxliyə olunub.

Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Tüstüdən zəhərlənən 10-a yaxın şəxsə isə təcili tibbi yardım göstərilib.

Alov bir neçə mənzili və birinci mərtəbədə yerləşən kommersiya obyektlərini əhatə edib.

Yanğın artıq lokallaşdırılıb.

İlkin ehtimallara əsasən, hadisəyə qısa qapanma səbəb olub.