Tbilisidə yaşayış binasında baş vermiş partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Tbilisidə yaşayış binasında baş vermiş partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb.
Region
7 Aprel , 2019 14:38
Tbilisidə yaşayış binasında baş vermiş partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır: “Yaralıların ikisinin tənəffüs yolları yanıb. Digər yaralananlar isə müxtəlif xəstəxanalara yerləşdirilib. Həkimlər onların həyatlarını xilas etmək üçün əllərindən gələni edirlər”.

Partlayış nəticəsində xəsarət alanlar arasında 7 aylıq uşağın da olduğu bildirilir. 


***13:20

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

Nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış binada dağıntılara səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi