Tbilisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib

Tbilisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Tbilisidə tanıtım aksiyası keçirilib.
Region
26 Fevral , 2024 17:11
Tbilisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib

Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Tbilisidə tanıtım aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, üzərində Xocalı soyqırımı və qələbəmizin rəmzlərindən ibarət məlumatlandırıcı lövhələr quraşdırılmış avtomobil Tbilisinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

Avtomobilin üzərində quraşdırılmış elektron lövhələrdə Xocalı abidəsi, Xarıbülbül, badam gülü və “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası ilə bağlı məlumat toplusu əks olunub.

Avtomobil gün ərzində şəhər sakinlərinin və turistlərin daha çox toplaşdıqları küçələrdən hərəkət edib.

Əhali avtomobilin üzərində quraşdırılmış lövhələrdəki məlumatları və rəmzləri rahat izləyə və oxuya biliblər.

Məlumatlar gürcü və ingilis dillərində olub. Aksiya saat 20:00-a qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi