Tbilisidə Xocalı faciəsi və II Qarabağ müharibəsinə aid fotoşəkillər sərgilənib

Tbilisidə Xocalı faciəsi və II Qarabağ müharibəsinə aid fotoşəkillər sərgilənib Tbilisidə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində keçirilən sərgidə Azərbaycan fotoqraflarının işləri təqdim olunub.
Region
5 İyul , 2022 22:40
Tbilisidə Xocalı faciəsi və II Qarabağ müharibəsinə aid fotoşəkillər sərgilənib

Tbilisidə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində keçirilən sərgidə Azərbaycan fotoqraflarının işləri təqdim olunub.

“Report”un yerli bürosu xəbər verir ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə təşkil olunan “Ground Zero” adlı sərgidə Azərbaycanın 10 fotoqrafının şəkilləri yer alıb.

Fotoşəkillərin bir qismi Xocalı faciəsi və II Qarabağ müharibəsinin nəticələrini əks etdirir. Mövzular üzrə fotomüxbir, jurnalist İlqar Cəfərovun sənədli təsvirləri “The conflict” (“Münaqişə”), fotoqraf Sitarə İbrahimovanın işləri isə “Black Garden 2.0” (“Qara bağ 2.0”) adı altında təqdim olunub.

Sərgini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də ziyarət edib və nümayiş etdirilən sənədli fotoşəkillərlə yaxından tanış olub.

Qeyd edək ki, sərgini Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkəti birgə təşkil edib. İyulun 25-də açılan sərgidə iyulun 2-dək Gürcüstan və Ermənistan, iyulun 4-dən isə Gürcüstan və Azərbaycan fotoqraflarının işləri təqdim olunub. Sərgi iyulun 11-dək ziyarətçilər üçün açıq olacaq. Tədbirin bağlanış mərasiminə iştirakçı fotoqrafların qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi