Tbilisidə xəsarət alan iki aksiya iştirakçısının vəziyyəti ağırdır

Tbilisidə xəsarət alan iki aksiya iştirakçısının vəziyyəti ağırdır Gürcüstanın paytaxtı Tbilisidə 20-21 İyun tarixlərində keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların 28-i xəstəxanalarda müalicələrini davam etdirirlər.
Region
23 İyun , 2019 17:31
Tbilisidə xəsarət alan iki aksiya iştirakçısının vəziyyəti ağırdır

Gürcüstanın paytaxtı Tbilisidə 20-21 İyun tarixlərində keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların 28-i xəstəxanalarda müalicələrini davam etdirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, həmin şəxslərdən ikisinin vəziyyəti sabit ağır qiymətləndirilir.

Xəstələr arasında 2 polis əməkdaşı və 3 jurnalist var.

Tbilisidə son günlər keçirilən kütləvi etiraz aksiyalarında qarşıdurmalar nəticəsində 250-yə yaxın şəxs xəsarət alıb. Onların əksəriyyəti başlarından yaralanıb.

Son xəbərlər

Orphus sistemi