Tbilisidə ticarət mərkəzində güclü yanğın olub

Tbilisidə ticarət mərkəzində güclü yanğın olub Tbilisidə “Axmeteli” metrostansiyası yaxınlığında yerləşən “Çempion” adlı ticarət mərkəzində güclü yanğın baş verib.
Region
11 Yanvar , 2021 10:06
Tbilisidə ticarət mərkəzində güclü yanğın olub

Tbilisidə “Axmeteli” metrostansiyası yaxınlığında yerləşən “Çempion” adlı ticarət mərkəzində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, alov bir neçə anbar və mağazanı əhatə edib.

Səhər saatlarında başlayan yanğının söndürülməsinə 21 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun yaxınlıqdakı qaz doldurma məntəqəsinə yayılması təhlükəsi olsa da, yanğınsöndürənlər partlayış təhlükəsinin qarşısını ala biliblər.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın artıq tam aradan qaldırılıb.

Ticarət mərkəzində olan malların 50%-dən çoxunu yanğından mühafizə etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi