Tbilisidə sərnişin avtobusunda ər arvadını qətlə yetirib

Tbilisidə sərnişin avtobusunda ər arvadını qətlə yetirib Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.
Region
21 May , 2022 16:37
Tbilisidə sərnişin avtobusunda ər arvadını qətlə yetirib

Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib.

Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb.

Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi