Tbilisidə Rəşid Behbudovun xatirə konserti keçiriləcək

Tbilisidə Rəşid Behbudovun xatirə konserti keçiriləcək Dekabrın 14-də Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan və SSRİ-nin Xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi Rəşid Behbudovun xatirə konserti keçiriləcək.
Region
10 Dekabr , 2021 14:46
Tbilisidə Rəşid Behbudovun xatirə konserti keçiriləcək

Dekabrın 14-də Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan və SSRİ-nin Xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi Rəşid Behbudovun xatirə konserti keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir görkəmli müğənninin anadan olmasının 106-cı ildönümünə həsr olunacaq.

Konsert Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin dəstəyi ilə təşkil ediləcək.

Xatirə konsertində gürcü və azərbaycanlı solistlər R.Behbudovun repertuarından populyar mahnılar ifa edəcəklər, böyük müğənni ilə tanışlığı olmuş Gürcüstanın tanınmış mədəniyyət və ictimai xadimləri çıxış edərək onunla bağlı xatirələrini bölüşəcəklər.

Proqramda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri də çıxış edəcəklər.

“Report” İnformasiya Agentliyi mədəni tədbirin informasiya dəstəkçisi kimi çıxış edir.

Qeyd edək ki, R.Behbudov 1915-ci ilin dekabrın 14-də Tbilisidə anadan olub.

Son xəbərlər

Orphus sistemi