Tbilisidə polis mayoru özünü öldürüb

Tbilisidə polis mayoru özünü öldürüb Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşı intihar edib
Region
25 Mart , 2021 18:45
Tbilisidə polis mayoru özünü öldürüb

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru intihar edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidəki evinin həyətində pnevmatik silahı ilə özünü öldürüb.

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi