Tbilisidə polis əməkdaşı yaralanıb

Tbilisidə polis əməkdaşı yaralanıb Tbilisi. 8 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində patrul polis əməkdaşı yaralanıb.
Region
8 Yanvar , 2019 19:09
Tbilisidə polis əməkdaşı yaralanıb

Tbilisi. 8 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində patrul polis əməkdaşı yaralanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yanvarın 7-də Tbilisi dənizi adlandırılan ərazidə baş verib.

Polis əməkdaşı hadisə baş verən zaman xidməti vəzifə başında olmayıb.

O, xəstəxanaya yerləşdirilib və vəziyyəti sabit qiymətləndirilir.

Hadisənin detalları barədə hələlik məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə istintaq aparır. 

Son xəbərlər

Orphus sistemi