Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib

Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında “Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.
Region
15 Noyabr , 2021 05:11
Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında “Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, nümayişçilər Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyaçılar bununla müxalif partiya ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Bundan əvvəl Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına qoşulub.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

Noyabrın 11-də Gürcüstanın eks-prezidentinin vəkili bildirib ki, Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi