Tbilisidə müxalif partiya sədrinin həbsi ilə bağlı gərginlik yaranıb

Tbilisidə müxalif partiya sədrinin həbsi ilə bağlı gərginlik yaranıb Tbilisidə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi ofisi qarşısında gərginlik yaşanıb
Region
18 Fevral , 2021 09:43
Tbilisidə müxalif partiya sədrinin həbsi ilə bağlı gərginlik yaranıb
Nika Meliya

Tbilisidə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi ofisi qarşısında gərginlik yaşanıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanları əməkdaşlarının ofisə gəlməsi olub.

Polis əməkdaşları VMHP sədri Nika Meliyaya onun həbsi ilə bağlı məhkəmə qərarını təqdim etmək istəyiblər. Lakin partiyanın tərəfdarları onlara binaya daxil olmağa imkan verməyiblər.

Qərarın N.Meliyanın vəkilinə təqdim olunması tələb edilib, polis əməkdaşları bununla razılaşmayaraq ərazini tərk etməyə məcbur olublar.

Qeyd edək ki, ötən gün Tbilisi Şəhər Məhkəməsi müxalif siyasətçiyə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Gürcüstan müxalifəti birgə bəyanat qəbul edərək N.Meliya ilə həmrəy olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi