Tbilisi. 10 dekabr. REPORT.AZ/ Tbilisidə Ədliyyə Evinin binası qarşısında kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılmasına etiraz olaraq aksiya keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyanı “Gürcü marşı” radikal millətçi hərəkatı təşkil edib.
Etirazçılar
Aksiyaya bəzi siyasi partiyaların nümayəndələri də qoşulub.
Qeyd edək ki, dekabrın 7-də Gürcüstanın Konstitusiya Məhkəməsi ölkədə xarici vətəndaşlara kənd təsərrüfatı torpaqlarının satışına qoyulmuş moratoriumu dekabrın 16-na qədər müvəqqəti ləğv edib. Həmin gün yeni prezidentin andiçmə mərasimindən sonra kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılmasının tam qadağan olunmasını nəzərdə tutan yeni konstitusiya qüvvəyə minəcək.