Tbilisidə hakim partiyanın qərargahının qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə hakim partiyanın qərargahının qarşısında etiraz aksiyası keçirilir Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.
Region
13 Aprel , 2024 15:23
Tbilisidə hakim partiyanın qərargahının qarşısında etiraz aksiyası keçirilir

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının bir neçə min üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyi partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz etmək üçün toplaşıb.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.

Son xəbərlər

Orphus sistemi