Tbilisidə Gürcüstan Prezidentinin iştirakı ilə Avrointeqrasiyaya dəstək mitinqi keçirilib

Tbilisidə Gürcüstan Prezidentinin iştirakı ilə Avrointeqrasiyaya dəstək mitinqi keçirilib Tbilisidə Avropaya inteqrasiyaya dəstək aksiyası keçirilir.
Region
16 İyun , 2022 21:29
Tbilisidə Gürcüstan Prezidentinin iştirakı ilə Avrointeqrasiyaya dəstək mitinqi keçirilib

Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə Tbilisidə keçirilən Avropaya inteqrasiyaya dəstək aksiyası başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, mitinqdə təxminən 500-yə yaxın iştirakçı qatılıb.

Avropa meydanında baş tutan aksiyada Avropa İttifaqı (Aİ), Almaniya, Fransa səfirləri ilə yanaşı, ABŞ səfiri də iştirak edib. Mitinqdə heç bir çıxış olmayıb. 

S.Zurabişvili jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanın yeganə gələcəyi Avropa ilə bağlıdır: “Mitinqə Prezident kimi deyil, sıravi vətəndaş kimi qatılmışam. Ölkənin yalnız bir gələcəyi var – Avropa. Bu perspektivin həyata keçməsi üçün mümkün olan hər şeyi edəcəyəm”.

Prezident qeyd edib ki, iyunun 17-də Gürcüstanın Aİ-yə üzvlüyə namizəd statusu ilə bağlı yalnız rəy açıqlanacaq, yekun qərar isə iyunun 23-24-də məlum olacaq.

19:25

Tbilisidə Avropaya inteqrasiyaya dəstək aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili iki gün öncə keçirdiyi brifinqdə çıxış edib.

Avropa meydanında keçirilən “Birlik aksiyası”nda S.Zurabişvili, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Karl Hartzel, Fransa, Almaniya, digər ölkələrin səfirləri, ictimai fəallar və sıravi vətəndaşlar da iştirak edirlər.

Hakim Gürcü Arzusu Partiyası mitinqə qatılmayacağını bildirib. Sədr İrakli Kobaxidze prezidentin təşəbbüsünü qeyri-ciddi adlandırıb. Aparıcı müxalifət partiyaları da aksiyada iştirakdan imtina ediblər.

Qeyd edək ki, sabah Avropa Komissiyası Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilib-verilməməsi ilə bağlı rəyini açıqlamalıdır.

 

Son xəbərlər

Orphus sistemi