Tbilisidə aksiya başa çatıb, etirazçılar Rustaveli prospektini tərk ediblər - YENİLƏNİB

Tbilisidə aksiya başa çatıb, etirazçılar Rustaveli prospektini tərk ediblər - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasına fişəng atıblar.
Region
9 Dekabr , 2024 05:19
Tbilisidə aksiya başa çatıb, etirazçılar Rustaveli prospektini tərk ediblər - YENİLƏNİB

Tbilisidə Rustaveli prospektində növbəti etiraz aksiyası başa çatıb və aksiya iştirakçıları artıq evlərinə dönüblər.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar polislə toqquşma olmadan dinc şəkildə Rustaveli prospektini tərk ediblər.

Bu dəfə aksiyada polis parlamentə bitişik küçələrdə postlar qurmayıb, lakin parlament binasından təqribən 300 m aralıda yerləşən Azadlıq meydanında xüsusi texnika növbə çəkib.

Etirazçıların parlament binasına tərəf fişəng atması kimi kiçik insidentləri nəzərə almasaq, aksiya dinc şəkildə başa çatıb.

Etirazçılar meriya tərəfindən parlament binası qarşısında quraşdırılan yeni il yolkasına aksiyalar zamanı xəsarət alan vətəndaşların fotolarını asıblar.

Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.

01:27

Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasına fişəng atıblar.

“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Daha sonra ərazidən qaçan etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb.

Qeyd edək ki, Tbilisinin Rustaveli prospektində artıq 11-ci gündür etiraz aksiyaları davam edir.

Son xəbərlər

Orphus sistemi