Tbilisidə etiraz aksiyaları zamanı 58 polis əməkdaşı xəsarət alıb

Tbilisidə etiraz aksiyaları zamanı 58 polis əməkdaşı xəsarət alıb Tibilisidə iki gün davam edən etiraz aksiyaları zamanı etirazçıların zorakılığı nəticəsində Daxili İşlər Nazirliyinin (DİN) 58 əməkdaşı xəsarət alıb.
Region
10 Mart , 2023 11:44
Tbilisidə etiraz aksiyaları zamanı 58 polis əməkdaşı xəsarət alıb

Tbilisidə iki gün davam edən etiraz aksiyaları zamanı etirazçıların zorakılığı nəticəsində Daxili İşlər Nazirliyinin (DİN) 58 əməkdaşı xəsarət alıb.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxii İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cinayətkarlar qanun qarşısında cavab verəcəklər.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi