Tbilisidə etiraz aksiyası başa çatıb - FOTO - YENİLƏNİB-3

Tbilisidə etiraz aksiyası başa çatıb - FOTO - YENİLƏNİB-3 Tbilisidə parlament binası qarşısında keçirilən aksiya başa çatıb.
Region
29 İyun , 2019 23:58
Tbilisidə etiraz aksiyası başa çatıb - FOTO  - YENİLƏNİB-3
Foto: "Report"

Tbilisidə parlament binası qarşısında keçirilən aksiya başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, təşkilatçılar aksiyanın iyunun 30-da saat 19:00-da bərpa olunacağını elan ediblər.

Sayca 11-ci olacaq aksiyanın daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi dəyişməz qalacaq.



***22:40

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, etirazçılar parlamenin binası önünə 25 metrlik baner gətiriblər.

Nəhəng banerdə daxili işlər naziri Giorgi Qaxarianın bir gözü sarğılı şəkli və “Get” şüarı əks olunub.


***20:14

Tbilisidə keçirilən "Azadlıq yürüşü" parlament binası önündə aksiya ilə davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, yürüş "Qaxaria get", "Rusiya işğalçıdır", "Yaşasın Gürcüstan" şüarları altında keçirilib.


***19:20

Gürcüstanın paytaxtı Tbilisidə "Azadlıq yürüşü" keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, Birinci Respublika meydanından başlayan yürüş Azadlıq meydanına qədər davam edəcək.

Müxalif "Güc birlikdədir" birliyinin də qoşulduğu yürüşün tələbi daxili işlər naziri Girogi Qaxarianın istefasıdır.

Aksiyaya bölgələrdən də xeyli sayda iştirakçı qatılıb.

Yürüşlə əlaqədar olaraq mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Yürüş parlamentin binası qarşısında sayca 10-cu aksiya ilə davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi