Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşü növbəti dəfə təxirə salınıb

Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşü növbəti dəfə təxirə salınıb Gürcüstanın paytaxtı Tbilisidə bu gün keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının “Ləyaqət yürüşü” təxirə salınıb.
Region
8 İyul , 2019 10:05
Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşü növbəti dəfə təxirə salınıb

Gürcüstanın paytaxtı Tbilisidə bu gün keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının “Ləyaqət yürüşü” təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yürüşün təşkilatçısı olan “Tbilisi Pride” təşkilatı məlumat yayıb.

Buna baxmayaraq, “Ləyaqət yürüşü”nün əleyhdarları olan vətəndaşlar və ruhanilər Tbilisinin bir neçə yerində və Daxili İşlər Nazirliyinin qarşısında toplaşıblar. Onlar aksiyanın keçirilməsinin qarşısını almaq üçün şəhərin mərkəzi yerlərində nəzarət həyata keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, “Tbilisi Pride” təşkilatı “Ləyaqət yürüşü”nü iyunun 22-də keçirməyi planlaşdırırdı. Lakin Gürcüstandakı son hadisələr səbəbindən aksiya təxirə salınıb. Ötən gün LGBT tərəfdarlarının yürüşünün bu gün keçiriləcəyi elan edilsə də, tədbirin yeri və vaxtı açıqlanmayıb. 

Son xəbərlər

Orphus sistemi