Tbilisidə cinsi azlıq əleyhdarları aksiya keçirir, jurnalistlər xəsarət alıb

Tbilisidə cinsi azlıq əleyhdarları aksiya keçirir, jurnalistlər xəsarət alıb Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin bu gün keçirəcəyi “Ləyaqət yürüşü”nə etiraz olaraq aksiya keçirilir.
Region
5 İyul , 2021 11:44
Tbilisidə cinsi azlıq əleyhdarları aksiya keçirir, jurnalistlər xəsarət alıb

Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin bu gün keçirəcəyi “Ləyaqət yürüşü”nə etiraz olaraq aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar media nümayəndələrinə qarşı aqressiv hərəkətlərə yol veriblər.

Nəticədə bir neçə jurnalist və operator xəsarətlər alıblar.

Əraziyə polis qüvvələri cəlb olunub. Yürüşün əleyhdarları hazırda parlamentin binası qarşısında toplaşıblar. Onlar bildiriblər ki, yürüşün baş tutmasına imkan verməyəcəklər.

Tbilisidə baş verənlərə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında münasibət bildirib. O, yürüşün keçirilməsini məqsədəuyğun hesab etməyib: “Bugünkü aksiya vətəndaş qarşıdurmasına səbəb ola bilər və onun keçirilməsi əhalinin əksəriyyəti üçün qəbuledilməzdir”.

Qeyd edək ki, yürüşün təşkilatçısı “Tbilisi Pride” qeyri-hökumət təşkilatıdır. Askiyanın bu gün saat 18:00-da Rustaveli prospektində keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi