Tbilisidə biznesmen qətlə yetirilib

Tbilisidə biznesmen qətlə yetirilib Tbilisinin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.
Region
24 İyun , 2022 20:01
Tbilisidə biznesmen qətlə yetirilib

Tbilisinin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, 53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.

L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.

Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi