Tbilisinin “Eliava” bazarında baş vermiş güclü yanğın söndürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.
Məlumata əsasən, hadisə nəticəsində təxminən 1000-1500 kvadrat metrlik anbar ərazisi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Tbilisinin “Eliava” bazarında baş vermiş güclü yanğın davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, alov bazar ərazisindəki qapalı ticarət obyektinin fasad örtüyünü bürüyüb.
Yanğının söndürülməsində 6 yanğınsöndürən maşın iştirak edir.
Xəsarət alanlar barədə məlumat hələ yoxdur.
Gürcüstanın paytaxtı Tbilisinin “Eliava” bazarında güclü yanğın başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, şəhərin ən iri tikinti materialı bazarı ərazisində qatı tüstü müşahidə edilir.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğının səbəbi hələ bilinmir.